Görüş zamanı fintex sektorunun əsas inkişaf trendləri, Ani Ödənişlər Sisteminin əhatə dairəsinin genişləndirilməsi və fintexlərin bu sistem vasitəsilə innovativ həllər təklif etmə imkanları, elektron pul və ödəniş təşkilatlarının fəaliyyətlərinin ƏL/TMM və informasiya təhlükəsizliyi üzrə qanunvericilik tələblərinə tam uyğunluğunun təmin edilməsi və komplayens risklərinin effektiv idarə olunması məsələləri ətraflı müzakirə olunub.
Bununla yanaşı, xüsusi tənzimləmə rejiminin təkmilləşdirilməsi və tətbiq imkanları, açıq bankçılıq sahəsində aparılan işlər, rəqəmsal aktivlər və onların təminatçılarının fəaliyyətini tənzimləyən qanun layihəsinin hazırlanmasına dair fikir mübadiləsi aparılıb.