Əsas  
  Xəbərlər  
  AzFina İslam Maliyyəsinin İnkişafına Tərəfdaşlıq Edir!

AzFina İslam Maliyyəsinin İnkişafına Tərəfdaşlıq Edir!

bg-pattern

C.a 06 2025

AzFina İslam Maliyyəsinin İnkişafına Tərəfdaşlıq Edir!

AzFina İslam Maliyyəsinin İnkişafına Tərəfdaşlıq Edir!

Azərbaycan FinTex Assosiasiyası (AzFina) olaraq, İslam bankçılığı və maliyyəsi sahəsində regional inkişafı təşviq edən beynəlxalq təşəbbüslərə dəstəyimizi davam etdiririk. Bu istiqamətdə atılan növbəti addım – 4-cü İslam Bankçılığı Sertifikasiya Proqramı (CIS 2025) çərçivəsində rəsmi tərəfdaş kimi çıxış etməyimiz oldu.

Proqram 16 iyun tarixində Özbəkistanın paytaxtı Daşkənd şəhərində, nüfuzlu beynəlxalq təşkilat olan AlHuda CIBE-nin təşəbbüsü ilə baş tutacaq. Tədbir İslam maliyyəsi üzrə bilik və bacarıqların artırılması, innovativ yanaşmaların öyrənilməsi və qlobal təcrübələrin paylaşılması baxımından iştirakçılar üçün nadir bir fürsət təqdim edir.

📢 AzFina olaraq bu kimi təşəbbüslərə dəstək verməyə davam edəcəyik. İslam maliyyəsi sahəsində dərin biliklərə yiyələnmək və peşəkar şəbəkəyə qoşulmaq istəyən hər kəsi bu proqramdan yararlanmağa dəvət edirik.