Əsas  
  Xəbərlər  
  Blog 4: Qanunsuz Ödənişlərə Yox De!

Blog 4: Qanunsuz Ödənişlərə Yox De!

bg-pattern

Ç.a 06 2025

Blog 4: Qanunsuz Ödənişlərə Yox De!

Bəzən sadə bir alış-veriş belə sizi qeyri-qanuni ödəniş üsulları ilə üz-üzə qoya bilər. Kartdan-karta köçürmələr, qeydiyyatsız satışlar və gizli kart nömrələri — bunlar həm satıcı, həm də alıcı üçün ciddi risklər yaradır.

Bu, sadəcə rahatlıq məsələsi deyil – vergi yayındırma və alıcı hüquqlarının pozulması deməkdir.

Belə hallarda:

  • Hüquqların qorunmur
  • Geri ödəmə zəmanəti yoxdur
  • Şəffaflıq və etibar arxa planda qalır

Qanuni və şəffaf ödəniş sistemi hər kəsin xeyrinədir:

Satıcı üçün — biznesini rəsmiləşdirib etibar qazanmaq,

Alıcı üçün — təhlükəsiz və izlənilə bilən əməliyyatlarla haqlarını qorumaq.

Unutma: Rəqəmsal dövrdə qanunsuz yollar köhnəlib.

İndi səndə öz biznes profilini etibarlı elektron ticarət platformalarında qur və bütün ödənişlərini rahat və qanuni şəkildə gerçəkləşdir!

📢 Qanundan yayınmaq yox, inamla irəliləmək vaxtıdır.